LinkedList
2025-07-05 07:39:18 - Kanan Rahimli
Java Collection Framework-də istifadə olunan bir məlumat strukturudur.
List, Deque interface-lərini implement edən class-dır.
Hər element bir Node içində saxlanılır, hər node data, növbəti və əvvəlki referance-dan ibarət olur.
Element əlavə etməkdə və silməkdə daha sürətlidir.
LinkedList növləri əsasən aşağıdakılardır:
1. Single Linked List (Tək bağlantılı siyahı)
- Hər node yalnız növbəti node-a link saxlayır
- Son node null-a işarə edir
2. Doubly Linked List (İkiqat bağlantılı siyahı)
- Hər node həm əvvəlki, həm də növbəti node-a link saxlayır.
- Hər iki istiqamətdə gəzmək mümkündür
3. Circular Linked List (Dairəvi bağlantılı siyahı)
Circular Singly Linked List
- Son node-un next göstəricisi baş node-a işarə edir.
- Siyahı dairəvidir, dayanmadan fırlana bilər.
Circular Doubly Linked List
- Həm next, həm də prev göstəricilər dairəvi şəkildə birləşdirilir.
- İki istiqamətdə hərəkət edilir və siyahı yenə dövr edir.